Xəbər lenti

Mbappenin
İdman 12:22 04.02.2024

Mbappenin "Real"a keçid tarixi və qoyduğu şərt açıqlandı

PSJ-nin futbolçusu Kilian Mbappe fevralın ilk yarısında "Real Madrid"ə keçəcəyini açıqlayacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Laurens Julien sosial şəbəkələrdə yazıb.

Futbolçunun rəsmi açıqlama verəcəyi gözlənilir. Bu açıqlamasında Mbappe "Real Madrid"ə keçidini elan edəvək.

ESPN isə yazıb ki, Mbappe "Real Madrid"lə müqavilə imzalamazdan əvvəl klub rəhbərliyindən 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada oynamasına icazə verməsini istəyib. Bu, hücumçunu  transferdən əvvəl təmin edilməsini istədiyi yeganə xahişdir.

ESPN həmçinin yazır ki, Mbappe "Real Madrid"ə keçmək üçün PSJ-nun maaş artımı təklifindən imtina edib. Hazırda forvardın maaşı ildə 72 milyon avro təşkil edir. PSJ onu heyətdə saxlamaq istəyib, ona görə də daha yüksək maaş təklif edib.

Həmçinin 2024-cü ilin yayında azad agent kimi klubdan ayrılmaq qərarına gələn Mbappe təxminən 100 milyon avro dəyərində bonuslardan imtina edəcək. Onun "Real Madrid"dəki maaşı hazırda PSJ-də qazandığının yarısı olacaq.

Qeyd edək ki, Mbappe 2018-ci ildə "Monako"dan PSJ-yə çıxış edir. Onun Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Buna görə futbolçu artıq "Real Madrid"lə ilkin müqavilə imzalaya bilər. Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 25 matçda iştirak edib, 26 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->