Xəbər lenti

Məcburi auditdən yayınan şirkət cərimə edildi
Ekonomiks 21:22 11.12.2025

Məcburi auditdən yayınan şirkət cərimə edildi

"Concept Consulting And Management" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub. 

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb və iş məhkəməyə göndərilib. 

Məhkəmənin hökmü ilə MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinib və 1.500 manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə olunur. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->