Ölkə 12:20 27.03.2023

Mədət Quliyevə yeni müavin təyin edildi - DOSYE

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinə yeni müavin təyin edilib.

Qaynarinfo Banker.az-a istinadən xəbər verir ki, Vüqar Valeh oğlu Mustafayev nazir müavini təyin edilib.

Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.

Doğulduğu tarix və yer Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. Təhsili 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ( fərqlənmə) 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə "Biznesin idarə edilməsi ( MBA) ” magistr proqramı 2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı "Certified İnternal Auditor ( CİA) ” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir. Hərbi vəziyyəti Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsi İş təcrübəsi Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərmişdir. 2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan "Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.
 


2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunub.

Ailə vəziyyəti Ailəlidir. İki övladı var.

Qeyd edək ki, müdafiə sənayesi naziri Mədət Quliyevdir.