Xəbər lenti

Ekonomiks 12:50 27.05.2022

Mərkəzi Bankın nəzarət fəaliyyəti qanunsuzdur - Ekspert

"Mərkəzi Bankın nəzarət fəaliyyəti qanunsuzdur və Prezidentin sərəncamı icra olunmur”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib. O bildirib ki, Mərkəzi Bank pul siyasətini həyata keçirməklə yanaşı, həmçinin maliyyə bazarlarına da nəzarət edir:

"Lakin sonuncu səlahiyyəti qanuna zidd olaraq həyata keçirir. Belə ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 1.3-cü maddəsinə əsasən, Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Konstitusiya və həmin Qanunla müəyyənləşdirilir. Sözügedən Qanunda Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət orqanı olması haqda müddəa yoxdur. Qanunun 6-cı maddəsinə görə isə Konstitusiya və qanunlarla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman heç kəs onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz. Prezidentin 28 noyabr 2019-cu il tarixli 1616 saylı Sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilərək səlahiyyətləri Mərkəzi Banka verilib. Eyni zamanda Sərəncama görə, Mərkəzi Bank bir ay müddətində o cümlədən "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və digər qanunlarda zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etməli idi. Yəni Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət orqanı kimi səlahiyyətləri qanunda öz əksini tapmalı idi. Lakin indiyədək bu edilməyib”.

Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bank 2,5 ildir qanunsuz olaraq maliyyə bazarlarına nəzarət səlahiyyətlərini həyata keçirir:

"O cümlədən lisenziyalar verir, bankları, digər kredit təşkilatlarını, sığorta şirkətlərini ləğv edir, qaydalar və normativlər qəbul edir və s. və i.a. Bunların hamısı qanunsuzdur. Ümid edək, artıq 45 gün ərzində Mərkəzi Banka rəhbərlik edən T.Kazımov tezliklə bu kobud qanun pozuntusunun aradan qaldırılması üçün tədbir görəcək”.

Bahar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->