İdman 17:25 16.09.2022

Məşhur basketbolçunun forması rekord qiymətə satıldı

NBA əfsanəsi Maykl Cordanın 1998-ci ildə NBA finalının ilk oyununda geyindiyi forma rekord qiymətə satılıb.

Qaynarinfo xəbər veir ki, forma hərracda 10,1 milyon dollara öz sahibini tapıb və bu, tarixin ən bahalı idman əşyası olub.

Cordanın formasının hərracda 3-5 milyon dollara satılacağı gözlənilsə də dəfələrlə artıq qiymət qoyulub. May ayında Kobe Bryantın "Los Angeles Lakers"də geyindiyi forma 3,7 milyon dollara satılaraq ən bahalı basketbol forması olmuşdu. 

Bu sahədə əvvəlki rekord Dieqo Armando Maradonaya məxsus idi. 2020-ci ildə dünyasını dəyişən argentinalı əfsanənin "Hand of God" adlandırılan məşhur qolu vurduğu matçda geyindiyi forma 9,3 milyon dollara satılmışdı. 

Buna qədər Cordanın daha bir əşyası, - avtobioqrafiya kartı 2,8 milyon dollara satılmışdı.

Məşhur basketbolçu əfsanəyə çevrildiyi "Chicago Bulls"la 1990-cı ildən etibarən 6 çempionluq qazanıb. Bunlardan sonuncusu 1998-ci ildə "Utah Jazz"a qarşı keçirdikləri və 4-2 hesablı qələbə qazandıqları oyun olub. Həmin mövsümdən sonra əfsanəvi heyət dağılıb, Cordan isə karyerasını bitirib. 

Səbuhi Həsənov