Xəbər lenti

Dünya 13:12 23.08.2022

Məşhur din xadimi Salman Rüşdiyə hücumu pislədi

Dünya Müsəlmanları Liqasının baş katibi məşhur yazıçı Salman Rüşdiyə hücumun İslamın qəbul etmədiyi cinayət olduğunu bildirib.

Qaynarinfo bu barədə "Arab news"a istinadən xəbər verir.

İtaliyanın Rimini şəhərində keçirilən dinlərarası dialoq konfransı çərçivəsində Səudiyyə Ərəbistanının "Arab News” xəbər kanalına müsahibə verən Məhəmməd bin Əbdül Kərim əl-İsa deyib ki, İslam zorakılığa qarşıdır və heç bir zorakılıq metodunu heç vaxt qəbul edə bilməz.

O deyib: "Dini və intellektual məsələlər, o cümlədən tamamilə və ya qismən təhqiredici kimi oxunan ifadələr heç vaxt bu zorakı üsullarla həll edilməməlidir”.

"Şeytan ayələri”nin 75 yaşlı müəllifi Salman Rüşdi avqustun 12-də Nyu Yorkun qərbində yerləşən Şattokua İnstitutunda bədii azadlıq haqqında mühazirə oxumalı idi. Həmin gün o, Livan əsilli 24 yaşlı amerikalı Hadi Mətar tərəfindən hücuma məruz qalıb və bıçaqlanıb.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->