Xəbər lenti

Məşhur tikinti şirkətinin milyonlarla borcu var
Ekonomiks 20:45 17.06.2025

Məşhur tikinti şirkətinin milyonlarla borcu var

Qalmaqallı tikinti şirkəti olan "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənovun dövlətə milyonlarla vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 3.784.124,21 AZN vergi borcu var. 

Nizamnamə kapitalı 40 manat olan şirkətin qanuni təmsilçisi İxtiyar Həsənov Zakir oğludur. 

Qeyd edək ki, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənovun adı Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləziz ilə hallanırdı. Həmin cinayət işində 2022-ci ildə vəfat edən Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçib. A. Qazıyev iş adamı ilə Əziz Əbdüləzizi tanış edib. Təqsirləndirilən şəxs tender udmaq, xaricdən plastik borularıb alıb gətirmək adı ilə İxtiyar Həsənovdan 300 min manat məbləğində pul alaraq mənimsəmişdi. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->