Xəbər lenti

Messi Cənubi Amerikada Luis Suaresin rekordunu qırdı
İdman 10:44 18.10.2023

Messi Cənubi Amerikada Luis Suaresin rekordunu qırdı

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru ilə oyunda dubl edib. Görüş hazırkı dünya çempionlarının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qaynarinfo xəbər verir ki, bu qolla Messi Cənubi Amerika seçmə turnirlərində qol rekordçusu olub. Argentinalı millisinin heyətində 31 qol vurub.

Əvvəlki rekord 29 qol vuran uruqvaylı hücumçu Luis Suaresə məxsus idi.

Qeyd edək ki, Argentina keçirdiyi 4 oyundan sonra 12 xalla qrup birincisidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->