"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda qəbul edilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 850 712,0 min manat, yerli gəlirləri 758 288,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 944 465,0 min manat, yerli xərcləri 759 135,0 min manat) məbləğində təsdiq edilib.
11.05
Milli Məclisin payız sessiyasının növbəti pelnar iclası başlayıb.
Qaynarinfo xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələ daxil edilib.
2026-cı ilin büdcə zərfi sonuncu oxunuşda müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.
Qafqaz Rafiqoğlu
Şərhlər