Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi "Babayev Group Company" MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə Şuşa şəhəri, Dəmir yumruq küçəsi, giriş 56-da yerləşən Qız məktəbinin əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 1 750 003,92 manat təşkil edir.
Layihəni həyata keçiriəcək "Babayev Group Company" MMC haqqında açıq mənbələrdə məlumatlar məhduddur. Məlum olan odur ki, şirkət 27 noyabr 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 010 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 20-də yerləşən şirkətin qanuni təmsilçisi Babayev Raman Şaiq oğludur.
Açıq mənbələrdə Raman Babayev haqqında da hər hansı məlumata rast gəlinmir.
Seyid
Şərhlər