Azərbaycan millisinin futbolçusu Mert Çelik mərc oyunlarında iştirakda ittiham olunur.
Teleqraf xəbər verir ki, hazırda "Sivasspor”un şərəfini qoruyan futbolçunun adı Türkiyə Futbol Federasiyasının mərc oyunlarında iştiraka görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərdiyi siyahıda var.
Çelik barəsində cinayət işi açılıb. O, istintaq bitənə qədər futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib. Çelik daha öncə Azərbaycanın U-21 yığması, "Neftçi” və "Səbail”də də çıxış edib.
Şərhlər