Xəbər lenti

MM Prezident və Birinci xanıma təbrik məktubu ünvanladı
Ölkə 11:15 17.10.2025

MM Prezident və Birinci xanıma təbrik məktubu ünvanladı

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür:

"Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->