Müsavat Partiyasında növbəti seçki keçiriləcək.
Qaynarinfo xəbər verir ki, mayın 18-də baş tutacaq seçkidə partiya yeni Məclis sədri, katib və Divan üzvlərini seçəcək.
Qeyd edək ki, partiyanın Məclisin sədri vəzifəsinə sabiq başqan Arif Hacılının, katibliyə Fəridə Ələsgərlinin namizədliyi irəli sürülüb. Divan üzvlüyünə isə 19 nəfər namizəddir.
Divan üzvlüyünə namizədlər:
Almaz Əliqızı, Dünyaxanım Cahan, Fəridə Ələsgərli, Könül Alı, Limunət Əmrahlı, Nüşabə Sadıxlı, Şöhrət Atakişiyeva, Dadaş Əhmədli, Fərəc Kərimli, Gülağa Aslanlı, Hidayət İsmayıl, Mirbaba Babayev, Mustafa Hacılı, Nemət Kərimli, Osman Kazımov, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Yusif Tağı və Yusif Mehti.
Partiyadan verilən məlumata görə, irəli sürülən 19 namizəddən yalnız 13-ü Divan üzvü seçilə bilər.
Bahar Rüstəmli
Şərhlər