Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb.
Bu barədə Qaynarinfo-ya aktrisanın özü məlumat verib.
O bildirib ki, qızı Məryəmin toyundan sonra ayaqlarında şişkinlik yaranıb və yeriməkdə çətinlik çəkir:
"Toydan sonra ayaqlarım şişib, ağrıdan yeriyə bilmirəm. Ayaqüstə çox qalmışam. Ayaqlarım elə vəziyyətə düşüb ki… Hələ də ağrılar var. Müalicə olunmalıyam. Toyun bütün yükü çiyinlərimdə idi, bütün işlərin arxasınca özüm getdim. Çalışdım ki, qonaqlarım razı getsin. Əlimdən gəldiyi qədər buna çalışdım. Allah hamının balasını xoşbəxt eləsin".
Aktrisa həmçinin qızının toy məclisində iştirak edən bütün qonaqlara və sənət adamlarına təşəkkürünü bildirib:
"Elə müğənni var idi ki, özü gəlmişdi. Dəvət etmədiyim sənət adamları da gəlib söz alıb, mahnı oxudu. Sağ olsunlar".
Qeyd edək ki, aprelin 28-də Xalq artisti Naibə Allahverdiyevanın qızının toy məclisi baş tutub.
Bahar Rüstəmli
Şərhlər