Almaniyanın Federal Kriminal İdarəsinin (BKA) rəhbəri Holger Münx cinayətkarlıq fəaliyyəti haqqında yeni hesabat təqdim edərkən bildirib ki, Avropa narkokartelləri kokain daşınmasının yeni üsullarını tapıblar - indi onlar hətta meyvə şirəsi və ədvaların təchizatında da gizlədirlər.
Qaynarinfo xəbər verir ki, ənənəvi olan açıq dənizdə yüklərin ötürülməsi sxemlərindən əlavə, kontrabandaçılar getdikcə daha çox mini-sualtı qayıqlardan, sürətli şlupklərdən və hətta narkotiklərin sualtı daşınması üçün xüsusi "kapsullardan" istifadə edirlər.
Münx izah edib: "Son illərdə biz həm də belə bir tendensiya müşahidə edirik ki, təşkilatlı cinayət qruplaşmaları Cənubi Amerikadan Avropaya göndərilən ixmal mallarına, məsələn, ədvalara, meyvə şirələrinə və ya plastikə kokain əlavə etmək üçün kimyəvi proseslərdən istifadə edirlər".
Kokain elə qarışdırılır ki, liman və ya hava limanlarında nəzarət zamanı onu aşkar etmək mümkün olmur. Münxın sözlərinə görə, daha sonra o, sənaye zonalarında yerləşən qeyri-qanuni laboratoriyalarda yenidən çıxarılır.
BKA-nın məlumatına görə, son illərdə əsas kontrabanda marşrutları Belçika və Niderlanddan İspaniya və Fransa istiqamətinə dəyişib.
Aydın
Şərhlər