Xəbər lenti

NATO ölkələri ötən il ABŞ silahlarına 21 milyard xərcləyib
Dünya 12:05 29.06.2025

NATO ölkələri ötən il ABŞ silahlarına 21 milyard xərcləyib

ABŞ-ın müttəfiqi olan NATO ölkələri ötən il Vaşinqtondan 21 milyard dollar dəyərində silah və hərbi texnika alıb.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitker deyib.

"Amerika hərbi innovasiyaları ilə dünyanın qalan hissəsi arasında böyük fərq var. NATO-nun etibarlı müdafiəsini qoruyub saxlamaq üçün alyans ABŞ texnologiyalarına əsaslanır. Bu texnologiyalar bizim kollektiv müdafiəmizin təməlini təşkil edir”, deyə Uitker qeyd edib.

Onun sözlərinə görə, Avropa ABŞ silahlarına güvənməklə həm də bu ölkədə iş yerlərini və sənaye bazasını maliyyələşdirir. Eyni zamanda, diplomat NATO-nun getdikcə daha təhlükəli hala gələn dünyaya uyğunlaşmalı olduğunu vurğulayıb. Belə təhlükələrə isə alyansın rəqibləri və hərbi-siyasi blokun sərhədlərindəki qeyri-sabitlik səbəb olur.

Bir gün öncə "Bloomberg" yazmışdı ki, Avropa İttifaqı ölkələri ABŞ silahlarından imtina etməyə çalışır. Bu meylin səbəbi ABŞ-ın hazırkı rəhbərliyidir: prezident Donald Trampın Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı bəyanatları və ABŞ-ın Ukraynaya hərbi yardımını müvəqqəti dayandırması bu qərarı stimullaşdıran amillərdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->