Xəbər lenti

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərləndi
Ölkə 23:18 20.08.2025

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərləndi

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->