Xəbər lenti

Ölkə 15:06 23.02.2024

Nazir onu Zaur Zeynalovun yerinə idarə rəisi gətirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən idarəyə rəis əvəzi  Qaragözov Vüsal Habil oğlu gətirilib. 

Qeyd edək ki, FHN-nin Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi polkovnik Zaur Zeynalov vəzifəsindən azad edilib. Buna idarədə ciddi maliyyə pozuntularının aşkarlanmasının səbəb olduğu deyilir. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->