Xəbər lenti

Nazir
Ölkə 11:01 12.02.2026

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi (FOTO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Əliyev Mübariz Əli oğlu vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2009-cu ildən bu vəzifəni tutan "qoca" ləqəbli polkovnik təqaüdə göndərilib.

Nazirin digər əmri ilə daxili xidmət mayoru Zeynalov Babək Pərviz oğlu rəis əvəzi təyin olunub.

Qeyd edək ki, ötən ilin avqust ayında Babək Zeynalov Ağdərədə baş verən yanğın zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

Əhməd


Mübariz Əliyev
--> -->