Ekonomiks 14:21 05.07.2023

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri dəyişib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.

Əmrə əsasən, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Şakir Məcid oğlu Quliyev tutduğu vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə həmin vəzifə Ceyhun Həsən oğlu Hüseynova həvalə olunub.