Xəbər lenti

Nazirlik YAP-ın rayon təşkilatından ofis icarəyə götürür
Ekonomiks 11:33 16.02.2026

Nazirlik YAP-ın rayon təşkilatından ofis icarəyə götürür

Ədliyyə Nazirliyi Yeni Azərbaycan Partiyasının (YAP) Ucar rayon təşkilatı ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Ucar rayon qeydiyyat şöbəsi üçün Ucar rayonu, N.Nərimanov küçəsi 89 ünvanında yerləşən ümumi sahəsi 319 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətlərinin satın alınması nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 6000 manatdır.  İcarə müddəti haqqında heç bir məlumat yoxdur. Satılama proseduru birmənbə metodu ilə keçirilib. 

Seyid

--> -->