Xəbər lenti

Foto 12:00 15.12.2025

"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirildi (FOTO)

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Azərbaycan Çempionatı təşkil olunub.

Qaynarinfo xəbər verir ki, ölkənin intellektual oyunlar hərəkatında tanınmış və peşəkar nümayəndələrindən ibarət 40 komandanın iştirak etdiyi çempionat yüksək rəqabət və gərgin mübarizə şəraitində keçdi.

Tanınmış idman şərhçisi Tural Dadaşovun aparıcılığı ilə baş tutan ölkə çempionatı 6 tur olmaqla müxtəlif müəlliflərin 72 sualı oynanılıb. Yarışın yekun nəticələrinə əsasən, "Vendetta” komandası bütün rəqiblərini qabaqlayaraq VIII Azərbaycan Çempionu adını qazanıb. "JM” komandası ikinci, "Berserk” komandası isə üçüncü yerə layiq görülüb. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar.

Beləliklə, 2025-ci il üzrə "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ölkə çempionatına yekun vurulub.

Qeyd edək ki, VIII Azərbaycan Çempionatının keçirilməsində əsas məqsəd intellektual oyunlar hərəkatında yeni nəsil bilikli gənclərin üzə çıxaırlması, bu sahədə rəqabət mühitinin genişləndirilməsi və ölkə çempionatının davamlılığının təmin edilməsi olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->