Xəbər lenti

Viktor Orban Avropada böyük enerji böhranı proqnozlaşdırır
Dünya 20:45 14.03.2026

Viktor Orban Avropada böyük enerji böhranı proqnozlaşdırır

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa rus nefti olmadan enerji böhranını dəf edə bilməyəcək.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, ABŞ artıq addımlar atıb və Rusiyaya qarşı sanksiyaları ləğv etməyə başlayıb, lakin Brüsseldə hər şey əvvəlki kimi qalır.

Orban əlavə edib ki, Avropa İttifaqı (Aİ) və Almaniya kansleri Fridrix Merzin Rusiya neftinə tətbiq olunan sanksiyalar siyasəti nəticəsində bir litr benzinin qiyməti artıq təxminən 2 avro, Almaniyada 2 avrodan çox, Niderlandda isə 2,5 avrodan yüksəkdir.

Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto da Aİ-ni Rusiya nefti və qazına qoyulan qadağanı ləğv etməyə çağırmışdı ki, Yaxın Şərqdəki münaqişə səbəbindən qiymət artımı qarşısı alınsın.

Keçən həftə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına görə İran faktiki olaraq dünyada əsas neft marşrutlarından biri olan Hörmüz boğazının bağlandığını elan edib. Qadağa bütün gəmilərə, o cümlədən kommersiya gəmilərinə və neft tankerlərinə şamil olunub. Strateji koridordakı hərəkət demək olar ki, dayandırılıb, bəzi gəmilər raket zərbələrinə məruz qalıb. 

Yanvar ayında Avropa İttifaqı Rusiya qazının tədarükünə dair tam qadağanı 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi üçün rəsmi olaraq təsdiqləyib. Həmçinin bildirilib ki, 2027-ci ilin sonuna qədər Avropa Komissiyası Rusiya neftinin mərhələli idxal dayandırılması barədə qanun layihəsi təqdim etməyi planlaşdırır.

Aydın

--> -->