Video 13:30 30.09.2023

Nyu-Yorkda "tarixi yağış" yağdı, metronu su basdı (VİDEO)

Nyu-Yorkda rekord yağıntı baş verib. 

Qaynarinfo NBC-yə istinadən xəbər verir ki, eyni adlı ştatın qubernatoru Keti Hoçul şəhərdə fövqəladə vəziyyət elan edərək, daşqın təhlükəsi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, İda qasırğası səviyyəsində yağış yağıb. Ştat qubernatoru yağışı "tarixi" adlandırıb və şəhər sakinlərindən daşqın riskinə daha çox diqqət yetirməyi xahiş edib.

"Bu, çox ciddi hava və həyati təhlükə olan bir hadisədir”, deyə o vurğulayıb.

CNN-in məlumatına görə, Bruklin bölgəsində bir aylıq yağıntı üç saat ərzində düşüb.

Su altında qalan metronun görüntülərini REN TV yayımlayıb. Xəbərdə suyun birbaşa tavandan relslərə axdığı bildirilir.

Aydın