"OBA” marketlər şəbəkəsinin layihəsi olan "Startap, İnnovasiya və Dəstək” proqramı çərçivəsində İnnovativ Həllər Marafonuna start verilib.
Marafonun ilk həftəsinin açılış tədbiri "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə mərkəzin binasında baş tutub. Tədbirdə iştirakçı komandalar, mentorlar və layihə rəhbərləri yer alıb.
Üç istiqamətdən ibarət olan tədbirdə Startap, İnnovasiya və Dəstək proqramının layihə meneceri Samir Qulamzadə ilk olaraq marafonun yol xəritəsini təqdim edib, daha sonra mentorlarla "SpeedDate” formatında görüşlər keçirilib.
Mentor olaraq komandalarla görüşdə "OBA” marketlər şəbəkəsindən Maliyyə Direktorluğu, İT və Biznes Proseslərinin İdarəedilməsi Departamenti, Marketinq Departamenti, OBA Logistika Direktorluğu, İnsan Resursları və Dəstək Xidmətləri Direktorluğu əməkdaşları iştirak ediblər.
Tədbirin davamında "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov tərəfindən "İdeya generasiyası, innovasiya və yaradıcılıq” mövzusunda proqramın ilk təlimi keçirilib.
Şərhlər