Ötən il ümumi dəyəri 250 min manat olan 101 ədəd sahibsiz qalmış dövlət mülkiyyətinə keçən əmlak təhvil götürülüb.
Trend xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin 2025-ci il ərzində görülən işlər barədə hesabatında qeyd edilir.
Bildirilir ki, ötən il dövlət nəfinə müsadirə edilmiş əmlakların satışı ilə bağlı 5 hərrac keçirilmiş və satılmış əmlakın dəyəri 1,6 mln. manat olub. Dövr ərzində bələdiyyə mülkiyyətində olan 557 torpağın mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə 51 şəhər və rayon üzrə 49 torpaq müsabiqəsi və 147 torpaq hərracı təşkil edilib, 499 torpaq mülkiyyətə və icarəyə verilib, 58 bələdiyyə torpağının müsabiqə və hərracı baş tutmayıb. Mülkiyyətə verilmiş torpaqların satış qiyməti 1,7 mln. manat, icarəyə verilmiş torpaqların icarə qiyməti isə 508 min manat təşkil edib. Mülkiyyətə və ya icarəyə verilən bələdiyyə torpaqlarının ümumi sahəsi 3033,58 ha (15,5 ha mülkiyyət, 3018,08 ha icarə) təşkil edib. Onlardan sahibkarlıq məqsədilə 13,14 ha olan 55, fərdi yaşayış evinin tikintisi məqsədilə 5,65 ha olan 76, kənd təsərrüfatı məqsədilə 814,13 ha olan 213, heyvandarlıq məqsədilə 2200,66 ha olan 155 torpaq sahəsi mülkiyyətə və ya icarəyə verilib.
Şərhlər