Özbəkistanın "Anorbank" rəqəmsal bankının sahibi Kaxromonjon Olimov Parisdə qaçırılıb və iki gün sonra fidyə alındıqdan sonra sərbəst buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Le Monde” qəzeti məlumat yayıb.
Hadisə iyunun 23-də baş verib. Həmin şəxs zorla şəhərdən kənara çıxarılıb və ümumilikdə iki gün Nitsa yaxınlığındakı malikanənin zirzəmisində saxlanılıb. Pul ödənildikdən sonra bankir azadlığa buraxılıb.
"Paris xəstəxanasının həkiminin dediyinə görə, Olimov çoxsaylı qançır və xəsarətlər alıb. O, özü də yuxusuzluqdan şikayətlənib", deyə məqalədə qeyd edilir.
Kaxromonjon Olimov "Anorbank" kommersiya rəqəmsal bankının ən böyük səhmdarıdır və şirkətin səhmlərinin 95,1%-nə sahibdir. Artıq bankın özü də bildirib ki, hadisə qurumun əməliyyat fəaliyyəti ilə bağlı deyil.
Aydın
Şərhlər