Xəbər lenti

Ölkə 11:22 22.12.2023

"Özəl məktəblərdə təhsil haqqı çox yüksəkdir" - Deputat

"Bir reallıq var, bu gün Azərbaycanda özəl orta məktəblərdə təhsil haqqı çox yüksəkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

Onun sözlərinə görə, yüksək qiymətlər vətəndaşları narahat edir:

"Düşünürəm ki, bu məsələlərin tənzimlənməsinə ciddi ehtiyac var. Azərbaycanda iki təhsil növü mövcuddur, biri dövlət, digəri özəl. Vətəndaşlar hansı təhsil sistemində oxumaq istəyirlərsə, ona da müraciət edirlər. Əgər, bir vətəndaş özəl sektorda oxuya bilmirsə, dövlətin təhsil müəssisələrinə müraciət edə və orada təhsilinin qalan hissəsini davam etdirə bilər. Bu gün dövlətin təhsil müəssisələri kifayət qədərdir".

Deputat bildirib ki, dövlət həmin təhsil müəssisələrinə xeyli vəsait ayırıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->