Xəbər lenti

Dünya 15:34 12.12.2023

Orbana güzəşt Aİ-ni “partlada” bilər - "Politico"

İndi Orbana güzəştə getmək qısa müddətdə vəziyyəti asanlaşdırsa da, uzunmüddətli perspektivdə Aİ-ni "partlada” bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

Nəşr qeyd edir ki, Macarıstan və onun rusiyapərəst baş naziri Viktor Orban artıq Aİ-nin açıq şantajına əl atırlar.

Ölkənin Ukraynanın Aİ üzvlüyü, blokun uzunmüddətli büdcəsi və miqrasiyası məsələlərinə blok qoymamaq üçün Avropa Komissiyası Macarıstana məhkəmə sisteminin müstəqilliyi ilə bağlı narahatlıqlar səbəbindən Brüssel tərəfindən dondurulmuş Aİ-nin milyardlarla fonduna çıxış imkanı vermək niyyətindədir.

Bəzi Aİ ölkələri Macarıstanın təhdidlərini Avropa Komissiyasından daha çox pul almaq vasitəsi kimi görür və İndi Orbana güzəştə getmək qısa müddətdə vəziyyəti asanlaşdırsa da, uzunmüddətli perspektivdə Aİ-ni "partlada” bilər.

Nəşr qeyd edir ki, Orbanın istədiyinə nail olmasına icazə vermək, gələn il keçiriləcək Aİ seçkiləri ərəfəsində Avropa Parlamentini qəzəbləndirəcək və Aİ-nin yüksək rütbəli məmurları, xüsusilə də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen vəzifələrindən ola bilərlər. 

Xatırladaq ki, dekabrın 14-15-də Aİ liderlərinin sammiti keçiriləcək. Orada bir sıra məsələlər, xüsusilə, Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqlara başlanılması, həmçinin Kiyevə 50 milyard avro iqtisadi və 20 milyard avro hərbi yardımın ayrılması müzakirə olunacaq. Bundan başqa, Rusiyaya qarşı yeni sanksiyalar paketi də gündəmdədir. 

KİV-in məlumatına görə, Macarıstan Ukraynaya dəstəklə bağlı istənilən qərarı bloklayacaq. 

Avropa mediası Macarıstana görə Ukraynanın üzvlüklə bağlı danışıqların başlamasının 2024-cü ilin martına təxirə salına biləcəyini ehtimal edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->