Xəbər lenti

Dünya 16:37 15.12.2023

Orbanı Ukrayna ilə bağlı səsvermədə iştirak etməməyə Şolts inandırıbmış - "Politico"

Almaniya kansleri Olaf Şolts Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı müzakirələr zamanı Macarıstanın baş naziri Viktor Orbanı "çölə çıxıb kofe içməyə” dəvət edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, kansler bunu dəyirmi masa arxasında oturan Aİ-nin digər nümayəndələri qarşısında səsləndirib.

Olaf Şolts və Viktor Orban arasında pərdəarxası söhbətindən sonra sonuncu danışıqlar otağını tərk edib. Politico xəbər verir ki, Almaniya kanslerinin ideyası, lazımi yekdilliklə Avropa İttifaqı ilə Kiyev arasında ittifaqa qoşulmaq üzrə danışıqlara başlamaq qərarına gəlməyə imkan verib.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Almaniya kanslerinin hərəkətləri Brüsseldə təəccüb doğurub. Belə ki, qərar qəbul edilib və Macarıstanın baş naziri rahat şəkildə buna səs vermədiyini söyləyə bilər. Danışıqlardan sonra Orban Facebook-da yazıb ki, o, hələ də bu qərarın əleyhinədir.

Eyni zamanda, Aİ ölkələri Ukraynaya 50 milyard avro məbləğində yardım paketi ilə bağlı razılığa gələ bilməyiblər. Avropa Şurasının rəhbəri Şarl Mişel qərarın yanvarda keçiriləcək növbədənkənar iclasa qədər təxirə salındığını bildirib. Bu qərara Viktor Orban tərəfindən veto qoyulub. 

"Bir sammitdə iki güzəşt Macarıstanda izah etmə çətin olar", - deyən Avropa rəsmilərindən biri Macarıstan baş nazirinin qərarı ilə bağlı Politico-ya şərh verib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->