Xəbər lenti

Dünya 17:22 21.06.2023

Pentaqon Şoyqunun hədələrinə cavab verdi: "Krım Ukraynadır"

Birləşmiş Ştatlar Krımı Ukraynanın bir hissəsi hesab edir və suveren ərazilərin geri alınmasında onu dəstəkləyir. 

Qaynarinfo xəbər verir ki, bunu Pentaqonun sözçüsünün müavini Sabrina Sinqh brifinq zamanı deyib.

O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynanın Qərb silahlarının, xüsusən də HIMARS və "Storm Shadow” raketlərinin köməyi ilə müvəqqəti işğal olunmuş Krıma mümkün zərbələri ilə bağlı hədələrini belə şərh edib.

O, əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynaya dəstək verməyə davam edir və Rusiyaya qarşı mübarizədə lazım olan müddət ərzində bunu etməyə söz verib.

Xatırladaq ki, bundan əvvəl Şoyqu Silahlı Qüvvələrin işğal olunmuş Krıma zərbələr endirəcəyi təqdirdə Ukraynadakı "qərar qəbuletmə mərkəzlərini” vuracağı ilə hədələyib.

Hücumlarda HIMARS və "Storm Shadow” raketlərinin istifadəsinin ABŞ və Böyük Britaniyanın müharibəyə cəlb olunduğunu göstərəcəyini bildirib.

İyunun 21-də Britaniya kəşfiyyatı bildirib ki, Rusiya tərəfindən işğal olunmuş Krımın ətrafında müdafiə xətlərinin çəkilməsi Rusiya komandanlığının yarımadada Ukrayna qoşunlarının hücumları təhlükəsini gördüyündən xəbər verir.

Kəşfiyyat məlumatlarına görə, işğal olunmuş Krım üzərində nəzarəti saxlamaq Rusiya üçün əsas siyasi prioritetdir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->