Xəbər lenti

Dünya 16:35 30.08.2023

Podolyak Roma Papasını Rusiya təbliğatının aləti adlandırdı

Papa Fransisk Rusiya təbliğatının alətinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, bu sözləri İtaliyanın "Corriere della Sera” nəşrinə müsahibəsində Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyak pontifik Rusiyanın böyük irsini elan etdikdən sonra çıxış edib. Zelenskinin müşavirinin sözlərinə görə, bu sözlər "müasir humanizm üçün dağıdıcıdır, onlar imperializmin "şərtsiz təşviqinə” və "rus dünyası” ideyasının təsdiqinə çevrilib.

Bir gün əvvəl Sankt-Peterburqda katolik gənclərlə videobağlantı vasitəsilə danışan Papa onları öz irsini unutmamağa çağırıb. Daha sonra Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni izah edib ki, Frensis rus gənclərini həvəsləndirmək istəyir və onları "böyük mədəni və mənəvi irsdə müsbət cəhətləri" qoruyub inkişaf etdirməyə çağırıb.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, "Rusiya dünyasına hərtərəfli dəstəyin göstərilməsi Rusiyanın qeyd-şərtsiz xarici siyasət prioritetidir”. Eyni zamanda, 2021-ci ilin fevralında prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukrayna "rus dünyasına” aiddir və Ukrayna və Rusiyanın "mədəni əlaqələri, tarixi bağları, ortaq kökləri”ni inkar etmək axmaqlıqdır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->