Xəbər lenti

İdman 18:08 09.04.2023

Premyer Liqa: “Turan Tovuz” evdə "Şamaxı"ya qalib gələ bilmədi

Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, "Turan Tovuz” doğma publika önündə "Şamaxı”nı qəbul edib.

Matça sürətli başlayan tovuzlular artıq 2-ci dəqiqədə Runi Evanın başla vurduğu qol sayəsində hesabı açıblar. Ancaq cəmi yeddi dəqiqə sonra qonaqlar bərabərlik topunu vurublar. Fuad Bayramovun iti bucaq altından zərbəsi dəqiq alınıb.

Bu, həm də qarşılaşmada son qol olub. Nəticədə matç 1:1 hesabı ilə yekunlaşıb və "Şamaxı” səfərdə rəqibi ilə heç-heçə edib.

Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan "Turan Tovuz” aktivindəki xalların sayını 29-a çatdırıb. "Şamaxı” isə 21 xalla "Səbail”lə birlikdə son pilləni bölüşdürür.

Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ” "Zirə”ni, "Səbail” "Sabah”ı evdə 2:1, "Neftçi” "Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib. Son görüşdə bu gün "Qarabağ”la "Şamaxı” birincilərin meydanında qarşılaşacaqlar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->