Xəbər lenti

Prezident:
Ölkə 22:51 05.01.2026

Prezident: "Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik"

"Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı".

Qaynarinfo AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Bu qərarın Azərbaycana çoxlu gəlir gətirdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:

"Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq.
Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün, ola bilsin, 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir".
--> -->