Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Nurəli Yusifbəyli 28 mart 1963-cü ildə anadan olub. O, uzun illər "Azərenerji"də müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən İqtisadiyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb. 2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli Sərəncamı ilə vəzifəsindən azad edilib.
Təhsil nazirinin əmri ilə 2021-ci ilin 18 yanvar tarixindən Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru təyin olunub. Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə "Əməkdar mühəndis", 21 oktyabr 2014-cü il Sərəncamla "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Şərhlər