Neftçi-alim, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bağır Süleymanov vəfat edib.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, o, ötən gün 66 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, B.Süleymanov 2014-cü ildə AMEA-nın Yer elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə akademiyanın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. O, 321 elmi əsərin, o cümlədən 118 ixtiranın, iki monoqrafiyanın və dörd dərsliyin müəllifi olub.
Şərhlər