Xəbər lenti

Dünya 20:21 09.11.2023

Putin Tokayevlə görüşdə mikrofonunun söndürülməsini zarafata saldı (VİDEO)

Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə danışıqlardan sonra jurnalistlər qarşısında çıxışı zamanı mikrafonunun söndürülməsini zarafatla qarşılayıb.

Rusiya lideri bildirib ki, görüş zamanı xüsusilə elektrik enerjisi təchizatı və kömür tranziti müzakirə olunub.

"Elə məsələlər var ki, rəqəmlər əsasında müəyyən koordinasiya və dəqiqləşdirmə tələb olunur. Qazaxıstan tərəfinə doğru addım atmağa hazırıq...”, - deyə o, vurğulayıb. Elə bu zaman Putinin nitqi kəsilib və bir an sonra mikrafon yenidən açılıb.

"İstəmirlər. Amma yox, onlar artıq bunu istəyirlər. Qazaxıstan tərəfinə doğru addım atmağa hazırıq, deyən kimi dərhal işə saldılar”, - prezident zarafat edib və əlavə edib ki, Moskva həqiqətən də dostlarına tərəf addım atmağa hazırdır ki, onların bütün ehtiyacları ödənilsin.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->