Xəbər lenti

Qadınlar arasında qab yumaq üstündə dava: Məhkəmə qərar verdi
Ölkə 19:15 01.08.2025

Qadınlar arasında qab yumaq üstündə dava: Məhkəmə qərar verdi

Sabirabad rayonunda qab yumaq üstündə mübahisə edən iki qadınla bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Nahidə Bağırova (soyad şərti) və 1991-ci il təvəllüdlü Vüsalə Kəlbiyeva (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib edilib. İşə məhkəmə baxıb.

Məhkəmə zamanı məlum olub ki, hər iki qadın rayonda fəaliyyət göstərən iaşə obyektlərinin birində qabyuyan işləyirlər. İş vaxtı aralarında qab yumaq məsələsinə görə mübahisə yaranıb. Mübahisə zamanı hər iki tərəf əsəbiləşərək yüksək səslə qışqırmağa başlayıb və ətrafda narahatlıq yaradıb.

Məhkəmənin qərarı ilə Vüsalə Kəlbiyevaya 50 manat, Nahidə Bağırovaya isə 75 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->