Xəbər lenti

İdman 23:05 21.12.2025

"Qalatasaray" qış çempionu oldu

Türkiyə Super Liqasında XVII turun oyunları davam edir.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Alanyaspor” doğma meydanında autsayder "Karagümrük”lə qarşılaşıb. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qalatasaray” isə "Kasımpaşa” ilə üz-üzə gəlib. "Sarı-qırmızılılar” Yunus Akgün, Qabriel Sara və Mauro İkardinin vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib. Bununla da "Qalatasaray" qış çempionu olub.

"Samsunspor” isə "Göztəpə” ilə səfər oyunundan xalsız qayıdıb - 0:2.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->