"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Qaynarinfo "Ajansspor"a istinadən xəbər verir ki, ötən mövsümün sonunda Super Liqaya yüksələn "Çorum" monteneqrolu futbolçunu heyətinə qatmaq istəyir.
Məlumata görə, komanda monteneqrolu futbolçunu transfer etmək üçün danışıqlara başlayıb. Hazırda bazar dəyəri 800 min avro olaraq qiymətləndirilən Yankoviç 2022-ci ilin iyul ayından etibarən "Qarabağ"ın formasını geyinir. 30 yaşlı yarımmüdafiəçi ötən mövsüm Çempionlar Liqasında 9 oyunda meydana çıxıb. O, turnirdə 1 qol və 2 məhsuldar ötürmə ilə diqqət çəkib. Futbolçu qollarından birini İngiltərənin "Çelsi" klubuna qarşı matçda vurub.
Təcrübəli yarımmüdafiəçi 2025/26 mövsümündə Azərbaycan çempionunun heyətində bütün turnirlər daxil olmaqla 44 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Bu göstəricilər onun karyerasının ən uğurlu mövsümlərindən biri hesab olunur.
Marko Yankoviç Monteneqro milli komandasının da üzvüdür və indiyədək yığmanın heyətində 61 oyuna çıxıb. Transfer baş tutacağı təqdirdə, Yankoviç "Çorum"un ən yüksək bazar dəyərinə malik futbolçularından birinə çevriləcək.
Aydın
Şərhlər