İdman 13:00 24.07.2023

"Qarabağ" Qarayevin ayrılığını açıqladı

"Qarabağ" Qara Qarayevlə yolları rəsmən ayırıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. 
 
Qarayev 2011-ci ildən Ağdam təmsilçisinin formasını geyinirdi. Bu müddətdə 398 matçda meydana çıxan futbolçu dörd qol vurub. 
 
Təcrübəli yarımmüdafiəçinin yaxın günlərdə "Neftçi"yə transfer olunacağı gözlənilir. 
 
Səbuhi Həsənov