Xəbər lenti

Qarabağ Universiteti yaradıldı: Strateji hədəf nədir? (ŞƏRH)
Ölkə 13:46 16.02.2024

Qarabağ Universiteti yaradıldı: Strateji hədəf nədir? (ŞƏRH)

"Qarabağ Universitetinin yaradılması işğaldan azad edilən torpaqlarda ali təhsil mühütünün bərpası üçün böyük hadisədir. Ali təhsil müəssisəsi var və bundan sonra həmin ali təhsil müəssisəsində infrastruktur dəyişikliyi, yenidənqurma, bərpa işləri həyata keçiriləcək. 10 milyon manat yaxşı vəsaitdir".
 
Bunu Qaynarinfo-ya təhsil eksperti Kamran Əsədov Prezident İlham Əliyevin Qarabağ Universiteti üçün 10 milyon manat ayırması ilə bağlı sərancamından danışarkən deyib. 

Kamran Əsədov bildirib ki, bir müddət öncə ölkə Prezidenti tərəfindən Qarabağ Universitetinin nizamnaməsi təsdiq olunub və 10 milyon manat ayrılıb:
 


"Artıq həmin ali təhsil müəssisəsinə 20 milyon manat vəsait ayrılıb. Bu beynəlxalq standartlara cavab verən bir universitetin yaranması üçün mühüm addımdır. Digər yaxşı xəbər odur ki,  Qarabağ Universitetinin yataqxanası və texniki imkanlar var. Qarabağ Universitetinin bakalavr pilləsinə 1000-ə yaxın tələbə qəbul olunacaq".

Kamran Əsədov Qarabağ Universitetində təhsilin pulsuz olacağını əlavə edib:

"Bu 10 milyon manat Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə dəstək göstərmək məqsədi ilə ayrılıb. Kadrların əmək haqqları çox yaxşı təşkil olunacaq və yeni bir rəqabət mühütü yaranacaq. Bizim bölgədə müasir standartlar çərçivəsində bir universitet qurulacaq".
 
Bahar Rüstəmli
 
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->