Dünya 18:31 06.02.2024

Qətər 2025-2030-cu illərdə qaz bazarında defisit olacağını proqnozlaşdırır

Qaz dünyada ən çox tələb olunan resurs olacaq, lakin 2025-ci ildən 2030-cu ilə qədər dünya bazarında qıtlıq yarana bilər. 

Qaynarinfo xəbər verir ki, bu proqnozla Qətərin energetika üzrə dövlət naziri Saad bin Şəridə əl-Kaabi Hindistan Enerji Həftəsi forumunda çıxış edib.

"Qaz ən zəruri resurs olacaq. Və biz görürük ki, 2025-ci ildən 2030-cu ilə qədər dünyada qaz qıtlığı olacaq", - qətərli nazir bildirib.

Nazir həmçinin qeyd edib ki, Ukraynada müharibə başlayandan sonra Avropanın Rusiyadan qazdan imtina etməsi bazara mənfi təsir edib və qaz bazarında tədarük zəncirlərində dəyişikliklərə səbəb olub. Bundan əlavə, Kaabiyə görə, tədarük istiqamətlərinin dəyişməsi fonunda qaz qiymətlərində müşahidə olunan həm yuxarı, həm də aşağıya doğru kəskin sıçrayışlar da bazar üçün dağıdıcıdır.

Nizami Bağırov