Xəbər lenti

Alimlər ananın yaşının uşağın sağlamlığına təsirini araşdırdı: Yaş artdıqca...
Dünya 22:40 23.06.2025

Alimlər ananın yaşının uşağın sağlamlığına təsirini araşdırdı: Yaş artdıqca...

Uşaqların 40 yaşdan yuxarı qadınlar tərəfindən dünyaya gətirilməsi getdikcə daha çox yayılır. Lakin İsveçdə aparılmış yeni araşdırma göstərib ki, ananın yaşı artdıqca yeni doğulmuş körpədə fəsadların yaranma riski də yüksəlir. Bu xüsusilə 45 yaşdan yuxarı qadınlarda daha qabarıq şəkildə müşahidə olunur. 

Qaynarinfo xəbər verir ki, raşdırmanın nəticələri "Acta Paediatrica" jurnalında dərc olunub.

Alimlər 2010-2022-ci illər ərzində İsveçdə baş tutmuş 312 221 doğuşun məlumatlarını təhlil ediblər. Araşdırma yalnız 34 yaşdan yuxarı olan və tək uşaq dünyaya gətirən qadınları əhatə edib. Tədqiqatda qadınlar üç yaş qrupuna bölünüb: 35-39 yaş (nəzarət qrupu), 40-44 yaş və 45 yaşdan yuxarı.

Fəsadlar yaş artdıqca artır

Aparıcı müəllif Sofiya Voss bildirib: "Doğuş zamanı ciddi fəsadlar ümumilikdə nadirdir. Lakin 40 yaşdan yuxarı anaların uşaqları daha çox erkən doğum, aşağı doğum çəkisi, qan şəkərinin aşağı səviyyəsi və hətta ölü doğum kimi problemlərlə üzləşirlər".

Məsələn, 45 yaşdan yuxarı qadınlarda ölü doğum halları 0,83 faiz təşkil edib ki, bu da 35–39 yaş qrupu ilə müqayisədə (0,42 faiz) demək olar iki dəfə çoxdur.

Erkən doğum hallarının da yaşla artdığı müşahidə olunub:

* 35-39 yaş aralığında bu göstərici 4,8 faiz;
* 40-44 yaş aralığında 6,1 faiz;
* 45 yaşdan yuxarı qadınlarda isə 8,4 faiz.

Səhiyyə sisteminə və qadınlara tövsiyələr

Alimlər hesab edirlər ki, bu nəticələr səhiyyə orqanlarının yaşı irəliləmiş hamilə qadınlar üçün daha dəqiq nəzarət və dəstək tədbirləri planlaşdırmasına imkan verəcək.

Sofiya Voss bildirib: "Vacibdir ki, qadınlara hamiləliyi planlaşdırarkən obyektiv məlumatlar təqdim edilsin. Bu, onların şüurlu qərar verməsinə və mümkün riskləri azaltmasına kömək edəcək".

Samir

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->