Xəbər lenti

Qətər əmiri Türkiyəyə gəldi, Ərdoğanla görüşdü (YENİLƏNİB)
Dünya 16:16 12.02.2023

Qətər əmiri Türkiyəyə gəldi, Ərdoğanla görüşdü (YENİLƏNİB)

Türkiyədə səfərdə olan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Qaynarinfo bu barədə "Haber Global"a istinadən xəbər verir.

İki ölkə lideri Ankaradakı Vahdettin iqamətgahında bir araya gəliblər.

Qeyd edək ki, Qətər əmiri zəlzələdən sonra Türkiyəyə səfər edən ilk dövlət başçısıdır.
 
13.15
 
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Türkiyəyə gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Qətər Xəbər Agentliyi məlumat yayıb.

Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir. Səfər çərçivəsində Türkiyə Qətər arasında ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, regional məsələlər müzakirə olunacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->