Dünya 16:25 05.03.2024

Qəzzada atəşkəslə bağlı danışıqlar nəticəsiz başa çatdı

Misir, Qətər, ABŞ və HƏMAS-ın iştirakı ilə Qəzza zolağında atəşkəsə nail olmaq üçün Qahirədə aparılan danışıqlar nəticəsiz başa çatıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

HƏMAS rəhbərliyinin üzvü Bassem Naim bildirib ki, danışıqlar zamanı hərəkat öz təkliflərini tərəflərə təqdim edib. HƏMAS nümayəndələri məsləhətləşmələrdə iştirak etməyən İsrail tərəfinin cavabını gözləyir.

Martın 5-də ABŞ prezidenti Co Baydenin administrasiyasının Qəzza zolağında müvəqqəti atəşkəs və əhaliyə humanitar yardımın artırılması ilə bağlı İsrailə qarşı tələbləri gücləndirdiyi bildirilib.

Qəzza zolağında atəşkəslə bağlı Qahirədə danışıqlar martın 3-dən aparılır. İsrail nümayəndə heyəti cari raundda iştirak etmir. Martın 4-də "Al-Ghad televiziyası tərəflərin danışıqların ilk günündə əhəmiyyətli irəliləyiş əldə etdiklərini və martın 11-dən əvvəl bir növ konsensus əldə edəcəyini bildirib.

Bundan əvvəl təşkilatın anklavdakı xarici əlaqələr şöbəsinin rəhbəri Basem Naim bildirib ki, HƏMAS ötən il oktyabrın 7-dən atəşkəs olmadan Qəzza zolağında saxlanılan girovlar haqqında məlumat toplaya bilmir.

Aydın