Müasir hava döyüşü sadəcə pilotun ustalığı deyil, həm də texnologiyaların savaşıdır.
Qaynarinfo xəbər verir ki, "Wion” nəşri qırıcını qorxulu silaha çevirən və hədəfləri yüzlərlə kilometr məsafədən cərrah dəqiqliyi ilə vurmağa imkan verən 10 əsas raketi bir araya
gətirib:
1. AGM-65 Maverick
Dünyada ən çox istifadə edilən "hava-yer" tipli raketlərdən biridir. F-16, F-18 qırıcıları və AH-64 helikopterlərinə quraşdırılan bu raket müxtəlif döyüş şəraitində sınaqdan keçmiş etibarlılığı ilə seçilir.
2. SCALP/”Storm Shadow”
Böyük Britaniyada "Storm Shadow” adı ilə tanınan bu raket, ənənəvi hava hücumundan müdafiə (HHM) sistemlərinin mənzilindən kənarda yerləşən strateji hədəfləri vurmaq üçün nəzərdə tutulub. Relyefi izləmə sistemi sayəsində HHM sistemlərindən yan keçərək hədəfə dəqiq zərbə endirir.
3. JSOW (Joint Standoff Weapon)
GPS və inersial naviqasiyadan istifadə edərək hədəfi vurur. Təyyarənin hədəfə yaxınlaşmadan, təhlükəsiz məsafədən (HHM zonasına girmədən) hücum etməsinə şərait yaradır.
4. "Astra”
Hindistanın müasir hava döyüşləri üçün yerli istehsalı olan "hava-hava" tipli raketidir. Su-30MKI və "Tejas” qırıcılarında istifadə olunur və Hindistanın raket texnologiyalarındakı uğurunun göstəricisidir.
5. "Meteor”
Bu raket birbaşa hava-reaktiv mühərriki sayəsində ənənəvi raketlərin mənzilindən qat-qat uzaqdakı hədəfləri məhv edir. "Eurofighter Typhoon” və "Gripen” təyyarələrində istifadə olunan "Meteor”, dünyada öz sinfinin "qızıl standartı" hesab olunur.
6. "Harpoon”
Dəniz hədəflərinə qarşı zərbə əməliyyatlarında yüksək dəqiqlik təmin edir. Dünyanın 30-dan çox ölkəsi tərəfindən həm təyyarələrdən, həm də gəmilərdən atılan bu raketə etibar edilir.
7. "BrahMos”
Hindistan və Rusiyanın birgə istehsalı olan səsdən sürətli (supersonik) qanadlı raketdir. Sürəti sayəsində hədəf tərəfindən tutulması demək olar ki, qeyri-mümkündür. Həm gəmiləri, həm də yerüstü hədəfləri vurmaq qabiliyyətinə malikdir.
8. JDAM (Joint Direct Attack Munition)
Bu sistem adi, idarə olunmayan bombaları GPS naviqasiyası vasitəsilə yüksək dəqiqlikli silaha çevirir. NATO ölkələrinin əksər qırıcılarında istifadə olunur və iqtisadi cəhətdən çox səmərəlidir.
9. "Hellfire”
Lazer idarəetməsi ilə zirehli texnikaları və möhkəmləndirilmiş sığınacaqları nöqtə dəqiqliyi ilə vurur. "Apache” helikopterləri və bəzi qırıcılardan atılan bu raket taktiki əməliyyatların vazkeçilməzidir.
10. AIM-120 AMRAAM
NATO ölkələrində və müttəfiq qüvvələrdə ən çox istifadə edilən orta mənzilli "hava-hava" raketidir. F-22-dən tutmuş "Typhoon”a qədər bir çox platformada istifadə olunur və hava döyüşlərində özünü dəfələrlə sübut edib.
Alpər
Şərhlər