Xəbər lenti

Qurban Qurbanov Nəriman haqqında:
İdman 00:55 11.12.2025

Qurban Qurbanov Nəriman haqqında: "Özüm də nə deyəcəyimi bilmirəm"

"İlk qollarda bir az diqqətsiz olduq. Sonra rəqibin ustalığı ön plana çıxdı. Buraxdığımız sonuncu qolda Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Qarşılaşmanın sonlarında bəlkə də yorğunluq da var idi və sürətdə məğlub olduq".

"Report"un məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Niderlandın "Ayaks" komandasına uduzduqları (2:4) UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Qarabağ" klubunun çox yaxşı qol şansları olub:

"Amma yararlana bilmədik. Rəqib bizə nisbətən şanslardan daha yaxşı yararlandı. Sonradan meydana çıxan futbolçulardan tam razı qalmadım. Daha yaxşı ola bilərdilər. Sadəcə, bu gün alınmadı".

Baş məşqçi Nəriman Axundzadənin oyununa da toxunub:

"Onunla bağlı çox müzakirələr gedir. Özüm də nə deyəcəyimi bilmirəm. Hansısa fikir bildirsəm, azarkeşə qarşı çıxmış olacağam. Daha yaxşı oynaya bilərdi. Bu, sonradan meydana çıxan digər futbolçulara da aiddir. Bəlkə də həddindən artıq istəkli olmağımız bizi yordu".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->