"PAŞA Kapital" (PASHA Capital) şirkətində Baş Strategiya və İnkişaf Direktoru vəzifəsinə təyinat olub.
Valyuta.az xəbər verir ki, bu vəzifə Orxan Salayevə həvalə olunub.
O.Salayev bu təyinata qədər 2021-2026-cı illərdə "Rabitəbank"da Marketinq Direktoru vəzifəsində çalışıb.
Bundan əvvəl o, müxtəlif illərdə Azərbaycan Dəmir Yolları QSC-də Biznesin İnkişafı Departamentinin rəhbər müavini, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyində marketinq üzrə müşavir, "FINCA Azerbaijan"da Reklam və Təşviqat Bölməsinin müvəqqəti rəhbəri və baş marketinq mütəxəssisi kimi fəaliyyət göstərib.
Həmçinin Azərbaycan Beynəlxalq Kino Şirkəti və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb.
O, 2016-2018-ci illərdə "University of Science and Technology Beijing" universitetində Neyromarketinq ixtisası üzrə MBA təhsili alıb.
Şərhlər