XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Rahmon: Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır
Siyasət11:50 08.10.2026

Rahmon: Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır

Tacikistan, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri (C6) formatında sədrliyi dövründə Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rahmon Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

"Sədrliyin Azərbaycana keçməsi ilə əlaqədar sizi təbrik etmək və uğurlar arzulamaq istərdim. Sədrliyiniz dövründə işin təşkilində hərtərəfli dəstək göstərəcəyik", - Rahmon Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək deyib.